Fransada ötən gecə 297 avtomobil və 34 bina yandırılıb

 10:52 03.07.2023     717

Fransa polisi bazar günündən bazar ertəsinə keçən gecə iğtişaşlarda iştirak edən 157 nəfəri saxlayıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə bazar ertəsi BFMTV kanalı respublikanın Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, hüquq-mühafizə orqanlarının üç əməkdaşı yaralanıb. Bundan əlavə, polis bölməsi və jandarma kazarmasına hücum edilib. Bunun dəqiq harada baş verdiyini kanal dəqiqləşdirmir.

Gecə ərzində 352 yanğın hadisəsi qeydə alınıb: 297 avtomobil və 34 bina yandırılıb. BFMTV qeyd edir ki, “Fransada beş gecə davam edən iğtişaşlardan sonra heç bir ciddi insident qeydə alınmayıb”.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən