Tokionun mərkəzində partlayış

 11:08 03.07.2023     324

Bu gün Yaponiyanın paytaxtı Tokionun mərkəzindəki binada partlayış baş verib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Hadisə yerindən sosial şəbəkələrdə yayılan videogörüntülərə əsasən, partlayış bir neçə kafe və restoranın yerləşdiyi binada baş verib. Hazırda orada yanğın başlayıb, xilasedicilər hadisə yerindədir.

Hadisə nəticəsində ölən və ya partlayışın səbəbi barədə məlumat verilmir. Hadisə şahidlərinin sözlərinə görə, hadisə yerində qaz iyi var. Yerli sakinlərdən hadisə yerinə yaxınlaşmamaları xahiş olunub.

Turan İSMAYIL