Məşhur yazıçı raket hücumunun qurbanı oldu

 11:39 03.07.2023     247

Rusiya hərbi qüvvələrinin hücumu nəticəsində yaralanmış ukraynalı tanınmış gənc yazıçı dünyasını dəyişib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Yazıçılar Assosasiyası məlumat yayıb.

Bildirilib ki, yazıçı Viktoriya Amelina Rusiyanın Ukraynanın Kramatorsk şəhərinə raket hücumu zamanı aldığı xəsarətlərdən dünyasını dəyişib.

Qeyd edək ki, Vikotriya Amelina Ukraynanın ən məşhur gənc yazıçılarından biri idi. Rusiyanın işğalından sonra o, müharibə cinayətlərini sənədləşdirməyə və cəbhə xətti yaxınlığında uşaqlarla işləməyə başlamışdı.