“Ermənistan Hava Yolları” İrəvan-İstanbul-İrəvan reysi açıb

 12:52 03.07.2023     236

İyulun 2-dən “Ermənistan Hava Yolları” İrəvan-İstanbul-İrəvan reyslərini yerinə yetirməyə başlayıb.

Redaktor.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bu barədə Zvartnots hava limanının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, uçuşlar həftədə iki dəfə - çərşənbə və bazar günləri yerinə yetiriləcək.

Qeyd edilib ki, bu, belə uçuş həyata keçirən ilk aviaşirkət deyil. Türkiyənin "Pegasus" Hava Yolları İstanbul-İrəvan-İstanbul reysini həyata keçirir. Bundan əlavə, "FlyOne Armenia" bu marşrutu həftədə iki dəfə, bazar ertəsi və çərşənbə axşamı həyata keçirir.

Həmidə İBRAHİMLİ