"Putinin malik olduğu bütün hakimiyyət çökməkdədir" - Zelenski

 15:03 03.07.2023     246

Rusiya Prezidenti Vladimir Putinin "Vaqner" xüsusi hərbi şirkətinin yaradıcısı Yevgeni Priqojinin üsyanına reaksiyası “zəif” olub və o, öz xalqı üzərində nəzarəti itirir.

Redaktor.az xəbər verir ki, bunu CNN-ə müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

"Biz Putinin reaksiyasını görürük. Bu, zəifdir. Birincisi, onun nəzarətdə olmadığını görürük. "Vaqner"in Rusiyanın dərinliklərinə doğru irəliləməsi və müəyyən bölgələri ələ keçirməsi bunun nə qədər asan olduğunu göstərir. Putin regionlardakı vəziyyətə nəzarət etmir" - dövlət başçısı bildirib.

Zelenski qeyd edib ki, Ukrayna kəşfiyyatının hesabatları Kremlin Rusiyanın muzdlu lideri Priqojinə dəstəyi ölçdüyünü göstərir. Prezidentin sözlərinə görə, Rusiyanın yarısı Priqojini və “Vaqnerçilər” üsyanını dəstəkləyir.

"Onun malik olduğu bütün hakimiyyət sadəcə şaquli çökməkdədir" - prezident deyib.

Turan İSMAYIL