Gürcüstan XİN Ukraynanın sanksiyalarından narahatlığını bəyan etdi

 20:02 03.07.2023     211

Gürcüstan Ukraynanın müvəqqəti işlər vəkili Aleksandr Şulqaya Kiyevin Gürcüstanın “Georgian Airways” aviaşirkətinə qarşı tətbiq etdiyi sanksiyalarla bağlı narahatlığını çatdırıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Görüşdə gürcü tərəfinin fikrincə, əsassız olan bu qərarla bağlı narahatlıq ifadə olunub. Qeyd olunan məsələ ilə bağlı Ukrayna tərəfinə aydınlıq gətirilməsini xahiş ediblər. Gürcüstanın Kiyevdəki səfiri də Gürcüstan aviaşirkətinə qarşı sanksiyalardan narahatlığını bildirib" - məlumatda deyilir.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 1-də Rusiyaya uçuşların bərpası ilə əlaqədar Gürcüstan Hava Yollarına qarşı sanksiyaları təsdiqləyib. 

Turan İSMAYIL