Ukraynada deputat dələduzluğa görə həbs edildi

 20:28 03.07.2023     268

Ukraynanın Lvov məhkəməsi bu gün, iyulun 3-də dələduzluqda şübhəli bilinən deputat Sergey Alekseyevin barəsində həbs-qətimkan tədbiri seçib.

Redaktor.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğundan bildirilib.

"Baş Prokurorluğun prokurorlarının vəsatəti ilə Lıçakovski Rayon Məhkəməsi həbs qətimkan tədbiri seçib", - məlumatda deyilir.

Prokurorluq bildirir ki, məhkəmə 2 milyon qrivnadan çox məbləğdə girov qoyulması imkanını müəyyən edib.

Xatırladaq ki, cümə günü Ukrayna Təhlükəsizlik Xidməti və Baş Prokurorluq ekstradisiyadan yayınmaq üçün əcnəbiyə 50 min dollar müqabilində yardım edəcəyini vəd etdiyi iddia edilən xalq deputatının ifşası ilə bağlı məlumat yayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları xalq deputatının 20 min dollar və tranşın başqa bir hissəsini alması faktını sənədləşdiriblər.

Turan İSMAYIL