Almaniya Kiyevə hərbi dəstəyi davam etdirəcək - Şolz Zelenski ilə danışdı

 20:47 03.07.2023     268

Almaniya kansleri Olaf Şolz və Ukrayna Prezidenti Volodimir Zelenski bu gün telefon danışığı keçirib və onlar taxıl müqaviləsinin uzadılmasının lehinə danışıblar.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

“Kansler Şolz və prezident Zelenski BMT-nin himayə etdiyi taxıl sazişinin iyulun 17-dən sonra uzadılmasına çağırıblar ki, bu da dünyada ərzaq vəziyyətini yaxşılaşdıracaq”.

Bundan əlavə, tərəflər Ukraynadakı siyasi, hərbi və humanitar vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Kansler Ukrayna ilə həmrəyliyini ifadə edib və həmçinin bəyan edib ki, Almaniya avropalı tərəfdaşlarla sıx koordinasiyada Kiyev hakimiyyətinə hərbi dəstəyi davam etdirəcək.

Turan İSMAYIL