"700 min ukraynalı uşaq Rusiyaya sığınıb" - Rus deputat

 22:18 03.07.2023     312

Rusiya parlamentinin federasiya şurasının xarici əlaqələr komitəsinin sədri Qriqori Karasin ölkəsinin Ukraynadakı münaqişə zonalarından Rusiyaya 700 minə yaxın uşağı gətirdiyini bildirib.

Redaktor.az "Euronews Türkçe"yə istinadən xəbər verir ki, teleqramda paylaşım edən Karasin, bu sözləri qeyd edib:

"Son illərdə 700 000 uşaq Ukraynada münaqişə zonalarından və top atəşindən qaçaraq bizimlə sığınacaq tapıb."

Qeyd edək ki, bəzi mənbələr isə əksinə, Ukraynadan zorla çıxarılan uşaqların sayının 700 mini keçdiyi barədə xəbərlər dərc edir.

Humay İSGƏNDƏRLİ