NATO Stoltenberqlə bağlı qərar verəcək

 22:41 03.07.2023     301

NATO iyulun 4-də NATO-nun baş katibi Yens Stoltenberqin mandatını daha bir il uzatdığını elan edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Reuters agentliyi dörd diplomatik mənbəyə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, o, iyulun 4-də Brüsseldə NATO-dakı daimi nümayəndələrin görüşündə rəsmi təsdiqlənəcək.

Qeyd edək ki, NATO-nun hazırkı baş katibi Yens Stoltenberqin səlahiyyətləri sentyabrın 30-da başa çatır.

Turan İSMAYIL