Mahaçqalada da zəlzələ oldu
Bu gün Dağıstanda 5,9 bal gücündə zəlzələ baş verib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, yeraltı təkanları Mahaçqala şəhərinin sakinləri hiss ediblər.
"Dərbənddən 100 km aralıda, Azərbaycan istiqamətində 5,9 bal gücündə zəlzələ 10 km dərinlikdə baş verib", - TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin Dağıstan üzrə Baş İdarəsindən bildirilib.
Dağıntı və zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir.
Turan İSMAYIL