Makron gözlənilmədən Parisdəki polis idarəsinə baş çəkdi

 03:12 04.07.2023     300

Fransa Prezidenti Emmanuel Makron gözlənilməz səfərlə Parisin XVII dairəsinin polis idarəsinə gəlib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə çərşənbə axşamı gecə BFMTV kanalı məlumat yayıb.

Bu idarə xüsusən də cinayətlə mübarizə briqadasına əsaslanır. Qeyd olunur ki, Makronu Fransanın daxili işlər naziri Cerald Darmanin müşayiət edir. Telekanalın məlumatına görə, dövlət başçısı iğtişaşların yatırılmasında iştirak edən polis, jandarm və bəzi xüsusi təyinatlılarla danışıb.

Paris prefekturasının məlumatına görə, iğtişaşlara qarşı mübarizə tədbirləri çərçivəsində Paris və onun ətraf rayonlarında 11 nəfər saxlanılıb. Sosial mediada iyulun 3-də axşam Yelisey meydanında polis tərəfindən qətlə yetirilən yeniyetmənin xatirəsinə nümayiş üçün elan yayılsa da, lakin indiyədək heç bir toqquşma və ya etirazçıların kütləvi toplaşması barədə məlumat verilməyib.

Turan İSMAYIL