Bu ölkədə güclü yağış səbəbindən 360 min insanın təxliyəsi tələb olundu

 10:28 04.07.2023     330

Yaponiya Meteorologiya Agentliyi ölkənin cənub-qərbindəki Kyuşu bölgəsində yağan güclü yağışdan sonra 360 min insanın təxliyəsini tələb edib.

Redaktor.az “Anadolu” agentliyinə isitinadən xəbər verir ki, Kumamoto prefekturasında güclü yağışdan sonra körpü uçub. Hadisədən sonra avtomobillər üçün yanğınsöndürmə briqadaları gəlib. Bundan əlavə, sürüşmə və daşqın xəbərdarlığı edilib.

Şərqi Asiya ölkəsi Yaponiyada bu kimi tanınan su mövsümü mayın sonundan iyulun ortalarına qədər davam edir.

Humay İSGƏNDƏRLİ