Moskvaya PUA-larla hücum oldu

 10:18 04.07.2023     303

Ukrayna bu gün səhər Rusiyanın Yeni Moskva və Moskva vilayətindəki obyektlərə pilotsuz uçuş aparatlarına (PUA) zərbələr endirmək cəhdi edib, bütün dronlar elektron döyüş vasitəsilə zərərsizləşdirilib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Bu gün səhər saatlarında Kiyev rejiminin 5 pilotsuz uçuş aparatı ilə Moskva vilayətində və Yeni Moskvada obyektlərə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Yeni Moskva ərazisində Ukraynaya məxsus 4 PUA hava hücumundan müdafiə sistemləri ilə məhv edilib. Daha biri PUA elektron müharibə vasitəsi ilə yatırılıb və Moskva vilayətinin Odintsovo rayonunda qəzaya uğrayıb” - məlumatda deyilir.

Nazirlik PUA hücumu nəticəsində tələfat və dağıntı olmadığını qeyd edib.

Fövqəladə hallar xidmətindən isə bildirilib ki, Yeni Moskvada kəndlərdən birində pilotsuz təyyarənin qalıqlarının düşməsindən sonra alovlanan yardımçı tikili söndürülüb.

"Yanğın söndürülüb, xəsarət alan yoxdur", - nazirlikdən bildirilib.

Turan İSMAYIL