Peskov Moskvaya PUA hücumundan danışdı
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov səhər saatlarında Yeni Moskvaya hücum edən pilotsuz təyyarələrlə (PUA) bağlı jurnalistlərin suallarını cavablandırıb.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, Kreml sözçüsü PUA-ların məhv edildiyini açıqlayıb.
"Biz müdafiə sistemimizin bu cür hücumlara qarşı işinə peşəkar qiymət verə bilmərik. Yalnız qeyd edə bilərik ki, bütün bu pilotsuz təyyarələr müvafiq sistemlərdən istifadə edilməklə məhv edilib və zərərsizləşdirilib. Bu, tamamilə aşkar faktdır", - Peskov bildirib.
Turan İSMAYIL