Rusiyada qırıcı təyyarə qəzaya uğradı

 17:51 04.07.2023     300

Rusiyanın Kamçatka ərazisində “MiQ-31” qırıcı təyyarəsi təlim uçuşları zamanı qəzaya uğrayıb.

Redaktor.az xəbər verir ki, Rusiyanın Sakit Okean Donanması bununla bağlı məlumat yayıb.

Bildirilib ki, təyyarə döyüş komplekti olmadan uçuş tapşırığı yerinə yetirib.

Hadisə yerinə axtarış-xilasetmə qüvvələri göndərilib.

Hadisənin səbəbi və şəraiti araşdırılır.