İtaliya rus oliqarxlarının 2,5 milyardlıq aktivlərini dondurub

 19:11 04.07.2023     350

İtaliya Rusiya ilə Ukrayna arasında irimiqyaslı müharibə başlayandan bəri rus oliqarxlarının 2,5 milyard dollar dəyərində aktivlərini dondurub.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, həbsdə Avropa İttifaqı sanksiyaları altında olan 80 rusiyalının bank hesabları, villaları, yaxtaları və avtomobilləri olub.

Onlardan bəziləri, xüsusən də Əlişir Usmanov məhkəmədə məhdudiyyətlərə etiraz edir.

Turan İSMAYIL