Bayden NATO-nun baş katibini təriflədi

 19:28 04.07.2023     379

"Mən NATO-nun baş katib Yens Stoltenberqin səlahiyyət müddətini daha bir il uzatmasını alqışlayıram. Gələn həftə Vilnüs sammitində alyansın daha da möhkəmləndirilməsi üçün onunla işi davam etdirməyi səbirsizliklə gözləyirəm".

Redaktor.az “İnterfaks”a istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Ağ Evin saytında verdiyi açıqlamada bildirib.

Amerika liderinin sözlərinə görə, Stoltenberqin inamlı rəhbərliyi, təcrübəsi və ehtiyatlılığı sayəsində alyans İkinci Dünya müharibəsindən sonra Avropanın təhlükəsizliyində ən ciddi çətinlikləri aradan qaldırıb.

"Bu gün bizim ittifaqımız həmişəkindən daha güclü, daha vahid və daha diqqətlidir", - Bayden əlavə edib.

Qeyd edək ki, bu gün Stoltenberq alyans ölkələrinin onun səlahiyyət müddətini daha bir il, 2024-cü ilin oktyabr ayına qədər uzatmaq qərarına gəldiyi barədə məlumatı təsdiqləyib.

Turan İSMAYIL