Kobaxidze: Saakaşvili həbs cəzasını layiqincə çəkməlidir

 19:43 04.07.2023     505

Mixeil Saakaşvili siyasətə qayıtmazdan əvvəl 600 gün boyunca 600 dəfə öldü. Bu mövzu ironiya ilə doludur.

Redaktor.az xəbər verir ki,bunu Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib. Partiya sədri qeyd edib ki, Saakaşvili həbs cəzasını layiqincə çəkməlidir.

“Onun ailəsinin etməli olduğu tək şey kalori hesablamaqdır. Süni şəkildə çəki itirmək doğru deyil. Onlar 600 gün boyunca bizə bu adamın öldüyünü deyirdilər. Strasburq məhkəməsi öz qərarını açıqladıqdan sonra görünür o artıq ölmür, lakin siyasətə qayıdır”, - Kobaxidze deyib.(APA)