Ukrayna İrana bütün yüklərin daşınmasına qadağa qoydu

 19:44 04.07.2023     598

Ukraynanın “Ukrzheldoroga” dəmir yolu şirkəti kənd təsərrüfatı mallarının Macarıstana və bütün malların İrana daşınmasına müvəqqəti qadağa qoyub.

Redaktor.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.

“Ukrjeldorogy” saytında “Daşımada müvəqqəti məhdudiyyətlər” bölməsində qeyd edilib ki, ZAO MMV (MMV Magyar Maganvasut Zrt.) daşıyıcısı üçün buğda və meslin, qarğıdalı, günəbaxan toxumu və kolzanın Macarıstana daşınması məhdudlaşdırılıb. Məhdudiyyət iyunun 30-dan sentyabrın 16-dək keçərlidir.

Bundan əlavə, iyunun 29-dan ləğv edilənə qədər İran İslam Respublikasına bütün yüklərin daşınmasına qadağa qoyulub.

Xatırladaq ki, mayın 29-da Ukrayna İrana qarşı 50 il müddətinə sanksiyalar tətbiq edib. Ukrayna tərəfinin fikrincə, bu qərara səbəb İranın Rusiyaya silah tədarük etməsidir. Sanksiyalar İranla ticarət əməliyyatlarına tam qadağa qoyulmasını, İran vətəndaşlarının Ukrayna ərazisindən tranzit və uçuşların dayandırılmasını, Kiyevin İran vətəndaşlarına münasibətdə iqtisadi və maliyyə öhdəliklərini yerinə yetirməkdən imtina etməsini, onların elektron ödənişlərinə xidmətdən imtinanı nəzərdə tutur.

Turan İSMAYIL