Zelenski onun müraciətini dinləməkdən imtina edən ölkəyə gedə bilər

 19:58 04.07.2023     383

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin yeni hökumətinin dəvəti ilə Bolqarıstana səfər edə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə Bolqarıstanın “24 saat” nəşri məlumat yayıb.

Zelenskinin səfərinin təfərrüatları hələ dəqiqləşdirilməyib, lakin onun iyulun 6-da baş tutacağı gözlənilir. Təhlükəsizlik baxımından dəqiq vaxt gizli saxlanılır.

Qeyd edək ki, Bolqarıstanda yeni parlament təyin olunub.

Bundan əvvəl parlamentin sonuncu çağırışının deputatları Ukrayna prezidentinin müraciətini dinləməkdən imtina ediblər.

Turan İSMAYIL