Makron Fransada fövqəladə vəziyyət elan edəcək

 20:08 04.07.2023     453

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, iğtişaşlar zamanı dəymiş ziyanın ödənilməsini sürətləndirmək üçün ölkədə tezliklə fövqəladə vəziyyət qanunu qüvvəyə minəcək.

Redaktor.az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

"Bütün son tarixləri kəsmək, sürətləndirilmiş bərpa prosedurunu qurmaq üçün fövqəladə vəziyyət qanunu təqdim edəcəyik" - kanal Makronun iğtişaşlardan zərər çəkmiş şəhərlərin merləri ilə görüşünün iştirakçısına istinadən Fransa liderinin sözlərini sitat gətirib.

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında polis əməkdaşları Nanterredə yolda yoxlama zamanı 17 yaşlı yeniyetməni güllələyiblər. Bundan sonra Fransanın bir sıra şəhərlərində bir neçə gündür davam edən iğtişaşlar başlayıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə üzrə gənclər 3,8 minə yaxın avtomobili, həmçinin polis və hökumət binalarını yandırıblar. İqtisadiyyat Nazirliyinin məlumatına görə, 250-yə yaxın bank filialı, 200 ərzaq mağazası və 10-a yaxın ticarət mərkəzi talan edilib. Bir sıra şəhərlərdə polis xüsusi təyinatlıları yerləşdirilib, zirehli texnika və helikopterlər cəlb olunub.

Turan İSMAYIL