Niderland Ukraynaya yeni dəstək paketi ayıracaq

 20:27 04.07.2023     266

Niderland Ukraynaya yeni dəstək paketi təqdim edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Niderland hökuməti məlumat yayıb.

Yardımın ümumi dəyəri 118 milyon avrodan çoxdur. Vəsait humanitar ehtiyaclar və iqtisadi yardım üçün istifadə olunacaq.

Qeyd olunur ki, 93 milyon avro 2023-cü ildə Ukraynaya dəstək üçün hökumətin 2,5 milyard avro ehtiyatından, daha 25 milyon avro isə xarici ticarət və əməkdaşlığın inkişafı büdcəsindən daxil olacaq.

Niderland Ukraynanın yenidən qurulması və səhiyyə sisteminə 83 milyon avro yönəldəcək. Bu vəsaitin 58 milyon avrosu infrastruktur və binaların təmirinə sərf olunacaq. Qalan 25 milyon avro isə tibbi avadanlıq və səyyar klinikaların dəstəklənməsi üçün nəzərdə tutulub.