İsrail Fələstində apardığı əməliyyatı başa vurur - Netanyahu

 20:31 04.07.2023     298

İsrail bu gün, iyulun 4-də Fələstinin Cenin düşərgəsində bir gün davam edən əməliyyatı başa çatdırmaq qərarına gəlib.

Redaktor.az Reuters-ə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

"Hazırda biz missiyanı başa vururuq və deyə bilərəm ki, Cenindəki genişmiqyaslı fəaliyyətimiz birdəfəlik əməliyyat deyil", - İsrail hökumətinin başçısı bildirib.

Xatırladaq ki, dünən, iyulun 3-də gecə saatlarında İsrail hərbçiləri Cenin qaçqın düşərgəsində olan silahlıların qərargahına və mənzillərinə zərbələr endirməyə başlayıb.

Daha sonra İsrail hərbi texnikasının kolonnaları düşərgəyə daxil olub və Fələstinin “Fəth”, “Həmas” və “İslami Cihad” qruplaşmalarının yaraqlıları düşərgənin xiyabanlarında mövqe tutublar.

Bu antiterror əməliyyatı son 20 ildə İsrail üçün ən böyük əməliyyat olub. Ona mindən çox hərbçi cəlb edilib.

Fələstinlilər qeyd ediblər ki, İsrailin əməliyyatı zamanı azı 10 dinc sakin həlak olub.

Turan İSMAYIL