Türkiyədə ağcaqanad yarasından xəstəxanaya müraciət edənlər artdı
Türkiyənin İstanbul şəhərində son günlər ağcaqanadların yaratdığı qaşınma və yaralardan şikayətlənən xəstələrin sayı artıb.
Redaktor.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, yerli sakinlər ağcaqanad yaralarına daha çox uşaqlarda rast gəlindiyini bildirirlər.
Yüksək hərarət səbəbindən xəstxanaya yerləşdirilən uşaqların sayı artıb.
Dərmanlamanın kifayət etmədiyindən şikayətlənən əhali iddia edir ki, bələddiyə tərəfindən məhəllə yalnız həftədə 1 dəfə dərmanlanır.
Humay İSGƏNDƏRLİ