Hindistanda ağır QƏZA - 15 ölü

 23:20 04.07.2023     288

Hindistanın mərkəzi Maharaştra ştatının Dule rayonunda yük maşınının qəzaya uğraması nəticəsində azı 15 nəfər ölüb, 20 nəfər yaralanıb.

Redaktor.az “Hindistan Times”a  istinadən xəbər verir ki, yük maşınının əyləcləri sıradan çıxıb. Sürücü idarəetməni itirərək yolda əvvəlcə iki motosikletə və bir avtomobilə, sonra isə yol kənarındakı otelə çırpılıb.

Hindistanın Baş naziri Narendra Modi bəyan edib ki, hökumət həlak olanların ailələrinə 200 min hind rupisi (2,4 min dollar), qurbanlara isə 50 min hind rupisi (600 dollardan çox) məbləğində təzminat ödəyəcək.