Nyu-Yorkda evsizlərin sayı bir il ərzində 18 faiz artıb

 00:00 05.07.2023     656

Hökumətin problemin həlli üçün təxminən 200 milyon dollar ayırmasına baxmayaraq, Nyu-Yorkda evsizlərin sayı bir il ərzində 18% artıb.

Redaktor.az xəbər verir ki, bu barədə “New York Post” yazıb.

Qeyd olunur ki, 2023-cü ilin əvvəlində Nyu-Yorkda təxminən 4 042 evsiz insan olduğu halda, 2022-ci ildə bu rəqəm 3 439 təşkil edirdi.

Nəşr evsizlərin artımını Nyu-York meri Erik Adamsın administrasiyasının hüquq-mühafizə orqanları, təmizlik işləri və təbliğat da daxil olmaqla humanitar böhranı həll etmək səyləri ilə əlaqələndirir.

Öz növbəsində yerli məmurlar vurğulayıblar ki, küçələrdə evsizlər cəmi 18% artıb, çünki sığınacaqların ümumi sayı demək olar ki, iki dəfə artıb.