İsrailin Cenindəki antiterror əməliyyatı başa çatdı

 10:30 05.07.2023     271

İsrail hərbi birlikləri İordan çayının qərb sahilindəki Cenin qaçqın düşərgəsini tərk edib, oradakı əməliyyat başa çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə TASS-a telefonla İsrail Müdafiə Qüvvələrinin nümayəndəsi məlumat verib.

"Birliklər Cenindəki fələstinli qaçqınlar düşərgəsini tərk edib" - deyən ordu sözçüsü İsrail hərbçilərinin bazar ertəsi gecə başladığı antiterror əməliyyatının orada başa çatıb-çatmaması ilə bağlı suala müsbət cavab verib.

Turan İSMAYIL