FTX Saxalin enerji obyektində terror aktının qarşısını aldı
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Saxalindəki enerji obyektində terror aktının qarşısını alıb, Ukrayna millətçilərinin tərəfdarı saxlanılıb.
Redaktor.az xəbər verir ki, bu barədə TASS-a Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib.
"Yujno-Saxalinsk şəhərinin federal təhlükəsizlik xidməti adanın enerji sistemi obyektində və hərbi komissarlıqda terror aktlarının hazırlanmasının qarşısını alıb. Ukrayna neonasizmi tərəfdarı olan 1980-ci il təvəllüdlü Rusiya vətəndaşı qanunsuz fəaliyyət göstərdiyi üçün saxlanılıb”, - deyə FTX-dən bildiriblər.
Turan İSMAYIL