“Bayramın ilk günü Quranın yandırılması təhqirdir” - Hakan Fidan

 11:15 05.07.2023     334

“Demək olar ki, İslam Avropada epidemiyaya çevrilib. Qurban bayramının ilk günündə Quranın yandırılması və buna müdaxilə edilməməsi inanclı insanlara təhqirdir”.

Redaktor.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda keçirilən Qoşulmama Hərəkatının Koordinasiya Şurasının Nazirlər Toplantısında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu cür mənzərə inanclı insanları ruhdan salmamalıdır: “Türkiyə qlobal dünyada təhlükəzliyin təmin olunmasının tərəfdarıdır. Bu gün Türkiyə iqlim dəyişikliyi, terrorla mübarizəyə xüsusi diqqət yetirir”.