Berlində İkinci Dünya müharibəsində partlamamış bomba aşkarlandı

 20:37 05.07.2023     331

Bu gün Almaniyanın paytaxtı Berlinin şərqində tikinti işləri zamanı İkinci Dünya müharibəsi zamanı partlamamış bomba aşkar edilib.

Redaktor.az "berlin.de"yə istinadla xəbər verir ki, metropoliten polisinin verdiyi məlumata görə, 7 min insan müvəqqəti olaraq evlərini tərk etmək məcburiyyətində qalıb.

Qeyd olunub ki, bombanın bu axşam zərərsizləşdirilməsi nəzərdə tutulur. Mərminin aşkarlandığı yerin ətrafında 500 m radiuslu təhlükəsizlik zonası yaradılıb.

Turan İSMAYIL