Fransada iğtişaşlarda saxlanılanlarn yaş həddi AÇIQLANDI
Fransada iğtişaşlar zamanı polis və jandarmlar 4 min nəfəri saxlayıb, onlardan 10 faizinin Fransa vətəndaşlığı olmayıb.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Senatda keçirilən dinləmələrdə daxili işlər naziri Cerald Darmanin bildirib.
"İğtişaşlar zamanı orta yaş həddi 17 olan 4000 nəfər saxlanılıb. Təxminən 10%-nin Fransa vətəndaşlığı yoxdur, 60%-i əvvəllər polisə məlum deyildi" - nazir deyib.
Onun sözlərinə görə, saxlanılanların yaş həddi 11 yaşdan 59 yaşa qədər, orta yaş həddi isə 17-18 yaş arasında olub.
Turan İSMAYIL