İsveçdə üç nəfər müqəddəs dini kitabları yandırmaq istəyir

 21:13 05.07.2023     316

İsveçdə üç nəfər müqəddəs dini kitabları yandırmaq istəyir. Bununla bağlı polisə müraciətlər daxil olub.

Redaktor.az xəbər verir ki, bu barədə “Dailymail.co.uk” məlumat yayıb.

Bildirilib ki, onlardan biri 50 yaşlı qadındır. O, Qurani Kərimi Stokholmda məscidin qarşısında daha tez yandırmaq istəyir. Bir kişi iyulun 12-də İsveçin Helinsinqborq şəhərində dini mətnləri, başqa biri, 30 yaşlı kişi isə iyulun 15-də İsrailin İsveçdəki səfirliyinin binası qarşısında Tövrat və İncili yandırmağa hazırlaşır. O, bu addımını “söz azadlığının müdafiəsi simvolu” adlandırıb.

Qeyd edək ki, iyunun 28-də 37 yaşlı iraqlı mühacir Salvan Momikan Stokholmda məscidin qarşısında Qurani Kərimi yandırıb.