"Taliban" ŞƏT sammitində iştirak etmək istəyir

 21:37 05.07.2023     271

Əfqanıstanda hakimiyyətdə olan "Taliban" hərəkatı Qazaxıstanda keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti sammitində iştirak etmək istəyir.

Redaktor.az xəbər verir ki, bu barədə Əfqanıstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bildirilir ki, "Taliban" bölgədə təhlükəsizliyə nail olmaq üçün bu cür görüşləri alqışlayır. 

Bəyanatda həmçinin deyilir ki, Kabil ŞƏT sammitinin müharibəsiz və narkotikdən azad Əfqanıstanı dəstəkləməkdən bəhs edən yekun bəyannaməsini dəstəkləyir.