Britaniya ordusunda döyüşə hazır 40 tank qalıb?
İngilis ordusunun xidmətində yalnız 40 döyüşə hazır tank qalıb.
Redaktor.az xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail" qəzeti yazıb.
Qeyd olunur ki, iyulun 4-də İcmalar Palatasının Müdafiə Komitəsinin iclasında Britaniya Baş Qərargah rəisi, admiral Toni Radakin bildirib ki, Böyük Britaniya NATO-nu 17,5 min tam təchiz olunmuş əsgər, həmçinin nəqliyyat vasitələri və artilleriya ilə təmin etməyə hazırdır.
Britaniya parlamentinin üzvü Mark Fransua qəzetə təsdiqləyib ki, sənədlərə əsasən, 200-ə yaxın tank xidmətdə qalıb, lakin onlardan yalnız 40-ı həqiqətən döyüşlərdə iştirak etməyə hazırdır.
Turan İSMAYIL