Almaniya ABŞ-dən onlarla hərbi helikopter alacaq

 22:57 05.07.2023     267

Almaniya ABŞ-nin "Boeing" şirkətindən 60 ədəd "Chinook" hərbi helikopteri alacaq.

Redaktor.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Almaniya parlamentinin büdcə komitəsinin qərarı sübut edir.

Müqavilənin dəyəri 6 milyard avrodan çoxdur.

Qeyd edək ki, "Chinook" 1960-cı illərdən geniş istifadə olunmağa başlayıb və dünyanın 20-dən çox ölkəsində xidmət göstərir.

ABŞ artıq Vyetnam və Əfqanıstandakı müharibələr zamanı belə helikopterlərdən istifadə edib.

Xatırladaq ki, ötən ay ABŞ Dövlət Departamenti Almaniyaya "CH-47F Chinook" helikopterlərinin satışını təsdiqləyib.