Ağ Evdə kokain tapıldı

 23:10 05.07.2023     294

Ekspertiza bir müddət əvvəl Ağ Evdə tapılan tozda kokain aşkar edib.

Redaktor.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı anonim məlumatlı mənbəyə istinadən CBS News telekanalı məlumat yayıb.

Kanal bildirir ki, toz ABŞ prezidentinin iqamətgahının ziyarətçiləri və əməkdaşlarının ofis otaqlarına girməzdən əvvəl şəxsi əşyalarını qoyub keçdiyi qərb qanadının ümumi sahəsində aşkar edilib.