Britaniya səfiri Rusiyanı tərk etməyə çağıran video yayımladı

 23:41 05.07.2023     489

Böyük Britaniyanın Moskvadakı səfirliyi videomüraciət yayımlayıb. Videoda səfir Deborah Bronnert həmvətənlərini mümkünsə Rusiyanı tərk etməyə çağırıb.

Redaktor.az "TASS"a istinadla xəbər verir ki, bu barədə səfir teleqram kanalında paylaşıb.

"Bizim tövsiyəmiz dəyişməz olaraq qalır: Rusiyaya gəlməyin və burada olmanız zəruri deyilsə, biz sizə getmək barədə düşünməyinizi tövsiyə edirik", - deyə səfir videoda bildirib.

Bronnertin sözlərinə görə, Böyük Britaniyanın Moskvadakı səfirliyi və ölkənin Yekaterinburqdakı Baş Konsulluğu fəaliyyətini davam etdirir və konsulluq xidmətləri göstərir.

Bundan əvvəl Böyük Britaniyanın diplomatik missiyası vətəndaşları Rusiya daxilində səyahətdən çəkinməyə çağıran yenilənmiş tövsiyələr dərc edib və 23 və 24 iyun hadisələri ilə əlaqədar belə səfərlərin riskli olması barədə xəbərdarlıq edib.

Həmidə İBRAHİMLİ