Ukraynada deputat və köməkçisi həbs olundu

 23:33 05.07.2023     242

Ukrayna "Xalqın xidmətçisi" partiyasından deputat Lyüdmila Marçenko və köməkçisi həbs olunub.

Redaktor.az xəbər verir ki, deputat rüşvət üstündə saxlanılıb.

Marçenko Ternopoldakı evində 3 min dollar rüşvət alarkən saxlanılıb.

Onun köməkçisi pul müqabilində hərbi çağırışçıların xaricə getməsinə icazə üçün lazım olan sənədlərin maxinasiyası ilə məşğul olurmuş.