Medvedevdən Ağ Evdə kokain tapılmasına REAKSİYA: "Kiyevli uşaq üçün sakitləşdirici dərman hazırlanıb"

 23:56 05.07.2023     427

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ağ Evdə kokainin tapılmasını istehza ilə şərh edərək, bu maddənin Ukraynaya “çatdırılması” üçün nəzərdə tutula biləcəyini irəli sürüb.

Redaktor.az xəbər verir bu barədə o, özünün tviter hesabında ingiliscə yazıb.

"Ağ Evdə kokain tapıldı. Görünür, F-16-ların əvəzinə Kiyevli uşaq üçün sakitləşdirici dərman hazırlanıb", - o,  yazıb. 

Qeyd edək ki, CBS telekanalının məlumatına görə, Ağ Evin əməkdaşları və ziyarətçilərinin saxlanmaq üçün cib telefonlarını qoyub getdikləri anbar şkafında kokain olduğu güman edilən ağ toz tapılıb. Otaq Oval kabinetin, prezident administrasiyasının məsul şəxslərinin kabinetlərinin və aparatının da yerləşdiyi binanın qərb qanadında yerləşir. Hüquq-mühafizə orqanlarının nümayəndələri CBS-ə bildiriblər ki, ABŞ Məxfi Xidməti soyunma otağına kimin daxil olduğunu müəyyən etmək üçün hərtərəfli təhqiqat aparır, müşahidə kameralarının görüntülərinə və qeydlərə baxır.

ABC News-un ABŞ Məxfi Xidmətinin nümayəndəsinə istinadən verdiyi məlumata görə, ekspertiza ağ tozun kokain olduğunu təsdiqləyib.

Ağ Evin mətbuat katibi Karine Jean-Pierre, ABŞ Prezidenti Co Baydenin vəziyyətdən xəbərdar olduğunu və Məxfi Xidmətin araşdırma apardığını bildirib.

Turan İSMAYIL