Lukaşenko Priqojinin azadlıqda olduğunu açıqladı: "Dünən telefonla danışmışıq"

 13:33 06.07.2023     275

Belarus Prezidenti Aleksandr Lukaşenko "Vaqner" Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojinin azadlıqda olduğunu bildirib.

Redaktor.az "BelTa"ya istinadla xəbər verir ki, bu barədə Belarus lideri xarici və yerli media nümayəndələri ilə görüşdə deyib.

"Priqojin azadlıqdadır. Və biz onunla bir neçə dəfə telefonla danışmışıq. Məncə, dünən günortadan sonra onunla telefonla danışmışıq. "Vaqner"in gələcək hərəkətlərini müzakirə etmişik", - o, bildirib.

Lukaşenkonun sözlərinə görə, Priqojin ona deyib ki, "Vaqner" bundan sonra da Rusiyanın rifahı üçün çalışacaq və üzərinə düşən vəzifəni sona qədər yerinə yetirəcək.

Turan İSMAYIL