Lukaşenko "Vaqner"in Belarusda qala biləcəyini AÇIQLADI

 13:50 06.07.2023     338

Belarus, respublikada “Vaqner” döyüşçülərinin yerləşdiriləcəyi təqdirdə onlarla müqavilə bağlayacaq.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Belarus lideri Aleksandr Lukaşenko deyib.

“Vaqner" Xüsusi Hərbi Şirkəti burada olsalar, bizim maraqlarımızı qoruyacaqlar, Əsas odur ki, biz onlarla müqavilə bağlamamışıq. Onlar burada məskunlaşmağa qərar verəndə onlarla müqavilə bağlanacaq, hüquqi öhdəlik, burada hər şey açıqlanacaq. Daha sonra qanun, prezidentin fərmanı səviyyəsində məhdudiyyətlər və çərçivələr müəyyən ediləcək”, - o, xarici və Belarus KİV nümayəndələri ilə görüşdə deyib.

Prezident əlavə edib ki, "Vaqner"lə bağlı bütün razılaşmalar, o cümlədən Belarus tərəfindən həyata keçirilir. Lukaşenko jurnalistlərin müvafiq sualına da cavab verərək diqqəti çəkib ki, Belarus öz ərazisindən “heç vaxt heç kimə hücum etməyib, hücum etmək niyyətində deyil”.

Turan İSMAYIL