"Payızda vəziyyət dəyişməlidir" - Lukaşenkodan Ukrayna açıqlaması

 14:58 06.07.2023     226

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna üzrə sülh danışıqlarının payıza qədər başlaya biləcəyini təklif edib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, o, bu barədə xarici və Belarus KİV nümayəndələri ilə görüşdə deyib.

"Əsas odur ki, bu münaqişə sona çatmalıdır. Və onların (danışıqların - red.) sentyabrda baş tutması da mümkün deyil. Amma çoxları deyir ki, payızda vəziyyət dəyişməlidir və biz danışıqlar masası üçün danışmağa başlayacağıq. Ola bilsin ki, sentyabrda yox, daha sonra, amma payızda” - deyə Lukaşenko bildirib.

Turan İSMAYIL