"İsveç heç bir halda alyansa üzv ola bilməyəcək" - NATO-nun baş katibi

 18:29 06.07.2023     295

İyulun 11-12-də Vilnüsdə keçiriləcək NATO sammitində İsveç heç bir halda alyansa üzv ola bilməyəcək, çünki Türkiyə tərəfindən bu vaxta qədər ərizənin ratifikasiyası onun razılığı ilə belə mümkün deyil.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Brüsseldə keçirdiyi mətbuat konfransında NATO-nun baş katibi Yens Stoltenberq deyib.

"Mümkün olan və əldə etmək istədiyimiz sammitdə Türkiyənin ratifikasiyaya razı olacağı müsbət qərardır. Amma hələ görüləcək işlər var. Ratifikasiya bazar ertəsi baş tutmayacaq, amma biz siyasi həllə nail ola bilərik" - deyə o, Vilnüsdə keçiriləcək sammitdə İsveçin NATO-ya üzv olub-olmayacağı ilə bağlı sualı cavablandırarkən deyib.

Stoltenberqin sözlərinə görə, o, iyulun 10-da Vilnüsdə Türkiyə və İsveç liderləri ilə fikir ayrılıqlarının həlli istiqamətində işi davam etdirmək üçün görüş keçirəcək.

Xatırladaq ki, ötən il iyunun 28-də Madriddə NATO sammiti başlamazdan əvvəl Türkiyə prezidenti ilə Finlandiya prezidenti Sauli Niinistö, İsveçin o vaxtkı baş naziri Maqdalena Andersson və NATO-nun baş katibi Yens Stoltenberq arasında danışıqlar aparılıb. Bir növ yol xəritəsi olan və Stokholm və Helsinkiyə NATO-ya daxil olmağa imkan verən memorandum imzalanıb. Martın 31-də Türkiyə parlamenti Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolu təsdiqləyib, ölkə aprelin 4-də alyansa üzv olub. Eyni zamanda o, Stokholmdan terrorizmlə mübarizə üzrə Madrid Memorandumunun bütün müddəalarını yerinə yetirməsini tələb edərək, İsveçin NATO-ya daxil olması ilə bağlı protokolu təsdiq etməyib.

Ankara PKK terror təşkilatı tərəfdarlarının İsveçdə davam edən aksiyalarına, eləcə də Quranın yandırılması ilə bağlı aksiyalara görə Stokholmu sərt şəkildə tənqid edir.

Turan İSMAYIL