Bayden Ərdoğanla görüşəcək

 19:00 06.07.2023     264

ABŞ Prezidenti Co Bayden və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan NATO-nun Vilnüs sammiti çərçivəsində danışıqlar apara bilər.

Redaktor.az xəbər verir ki, bu barədə cümə axşamı mənbələrə istinadən Reuters agentliyi məlumat yayıb.

Bildirilib ki, hazırda iki ölkə liderləri arasında qısa danışıqların təşkili istiqamətində iş aparılır. Görüşdə İsveçin Türkiyənin dəstəkləmədiyi Şimali Atlantika Alyansına üzvlük məsələsinin müzakirə olunacağı gözlənilir.

Turan İSMAYIL