Hakan Fidandan İsveçə xəbərdarlıq: "Buna göz yummaq olmaz"

 19:59 06.07.2023     244

İsveçin antiterror qanunvericiliyində formal dəyişiklik onun NATO-ya daxil olması üçün kifayət deyil, bu qanunlar tətbiq edilməlidir.

Redaktor.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Brüsseldə alyansa qoşulmaq üçün Türkiyənin şərtlərini yerinə yetirməkdə Stokholmun irəliləyişinə dair məsləhətləşmələr aparılarkən deyib.

“Terrorçular küçələrdə gəzməyə, nümayişlər təşkil etməyə, yeni üzvlər cəlb etməyə və maliyyə vəsaiti əldə etməyə davam edərsə, antiterror qanunvericiliyini dəyişdirməyin mənası yoxdur. Odur ki, İsveçin memorandumun şərtlərinə əməl etməsi ilə bağlı iddialar ayrıca dəyərləndirilməlidir”, - deyə o, bildirib.

"İsveç faktiki olaraq bu qanunları tətbiq etməlidir. NATO hərbi ittifaqdır və onun əsaslarından biri terrorizmlə mübarizədir. İsveçin təhlükəsizlik infrastrukturunun təxribatların qarşısını almaq üçün effektiv mexanizm yarada bilməməsi bizi çaşdırır. İsveç risk yaratmır, əksinə NATO daxilində terrorla mübarizəyə töhfə verin.Türkiyə İsveçin etibarlı tərəfdaş olacağını bilməlidir”, - deyə Fidan bildirib.

O, İsveçin Türkiyə ilə memorandum çərçivəsində bir sıra addımlar atdığını xatırladıb. Xüsusilə, iyunun 1-dən rəsmi olaraq qüvvəyə minməyə başlayan antiterror qanunvericiliyinə dəyişikliklər edib, həmçinin Türkiyəyə müdafiə təyinatlı məhsulların ixracına qoyulan qadağanı aradan qaldırıb. Amma Türkiyənin məhz qanunvericiliyin praktiki tətbiqi ilə bağlı iddiaları var. "Qurban bayramının ilk günündə müqəddəs kitabımız Qurani-Kərimə qarşı kobudcasına hücuma yol verilib. Buna göz yummaq olmaz. Üstəlik, bu, birinci dəfə deyil. Sual yaranır ki, ölkə necə olur? Belə bir şeyə icazə vermək terrorla mübarizəyə töhfə verə bilər?”, - deyə nazir bildirib.

Turan İSMAYIL