Finlandiya rusiyalı iş adamları üçün ölkəyə girişi sərtləşdirdi

 20:19 06.07.2023     299

Finlandiya iyulun 10-dan rusiyalı tələbələr, iş adamları və mülk sahibləri üçün ölkəyə giriş qaydalarını sərtləşdirir.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Finlandiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Finlandiya Rusiya vətəndaşlarının ölkəyə girişinə məhdudiyyətlər qoymağa davam edəcək. Rusiya vətəndaşlarının Finlandiyaya və bu ölkə vasitəsilə Şengen zonasının qalan hissəsinə girişi bundan sonra da məhdudlaşdırılacaq. Eyni zamanda, iş adamları, mülk sahibləri və tələbələr üçün məhdudiyyətlər sərtləşdiriləcək”, - nazirliyin məlumatında bildirilib.