"Fransa başqa ölkələrə mühazirə oxumaqdansa, öz problemlərini düşünsün"

 22:33 06.07.2023     354

"Fransadakı vəziyyət ortaq Avropa qitəmizin təhlükəsizliyini təhdid etməməlidir".

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

"Fransa hökuməti başqa ölkələrə mütəmadi olaraq mühazirə oxumaqdansa, öz problemlərini düşünməlidir. Fransa hökuməti cəmiyyətin radikallaşmasına ciddi yanaşmalı, düşmənçiliyin və irqçiliyin artmasına qarşı ciddi addımlar atmalıdır. Fransanı törədilmiş cinayəti araşdırmağa və günahkarların cəzalandırılması üçün tədbirlər görməyə çağırırıq",-deyə Zaxarova çıxışında qeyd edib. 

Humay İSGƏNDƏRLİ