"Şirkətlərimizin Rusiyadan çıxışı səmərəsiz oldu” - Finlandiya lideri

 22:19 06.07.2023     190

Şirkətlərin Rusiyadan çıxarılması effektiv olmadı. 

Redaktor.az xəbər verir ki, bunu Finlandiyanın prezidenti Sauli Niinisto “Le Monde” qəzetinə müsahibəsində  deyib.

"Sanksiyalara gəlincə, artıq heç bir Finlandiya şirkəti Rusiyada iş görmür. Biz bunu edən bir neçə şirkətdənik. Təəssüflər olsun ki, bu, təsirli bir vasitə ola bilmədi. Hələ 2014-cü ildə Qərb sanksiyaların “Rusiya iqtisadiyyatını məhv edəcəyinə” inanaraq, proqnozlarında səhvə yol verdi. Qərb sanksiyaların Rusiya iqtisadiyyatının çöküşü ilə nəticələnəcəyinə inanırdı. Bunun altı ay ərzində baş verəcəyinə inananlar var idi. Bu, səhv hesablama idi. Sanksiyaların təsiri oldu, lakin bizim təsəvvür etdiyimiz miqyasda deyil", - deyə Finlandiya lideri müsahibəsində bildirib.

Humay İSGƏNDƏRLİ