Rusiya sərhədində iki PUA vurudu

 23:07 06.07.2023     314

Rusiya hərbçiləri Kursk vilayətinin sərhədində iki pilotsuz uçuş aparatı (PUA) vurub. 

Redaktor.az "Lenta.ru"a istinadla xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.

Məlumata görə, Rusiya Silahlı Qüvvələri pilotsuz təyyarələri vaxtında görüb və atıcı silahlardan atəş açıb. PUA-lardan biri Ukrayna ərazisinə, ikincisi isə Rusiyaya düşüb.

Həmidə İBRAHİMLİ